Avropada qazın qiyməti kəskin artıb

1-12-2024, 15:24           
Avropada qazın qiyməti kəskin artıb
Noyabr ayında Avropada min kubmetr qazın qiyməti 21% artaraq 521 dollara yaxın olub.

Oxu.Az bu barədə London ICE birjasının məlumatlarına istinadən xəbər verir.

Qaz fyuçerslərinin qiymətlərinin artmasına səbəb kimi Avstriyaya Rusiya qazı axınının dayandırılması, ABŞ-nin "Qazprombank"a qarşı sanksiyaları və Avropanın anbarlarının rekord dərəcədə boşalmasına səbəb olan soyuqlar göstərilir.

Qeyd edək ki, oktyabrın sonunda min kubmetr qazın dəyəri 432 dollar olub. Bir il öncə isə Avropada qazın orta qiyməti min kubmetr üçün təxminən 408 dollar təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru