“Ukrayna buna məcbur olacaq” - Sabiq Baş komandan açıqladı

29-12-2024, 10:43           
“Ukrayna buna məcbur olacaq” - Sabiq Baş komandan açıqladı
Ukrayna səfərbərlik yaşının azaldılmasına məcbur olacaq və ümumilikdə səfərbərliyə, xüsusən də hüquq-mühafizə orqanlarının hərbi əməliyyatlarda bilavasitə iştirakına cəlb edilməsi məsələlərinə yanaşmanı dəyişməli olacaq.

Bunu “Azadlıq” radiosuna müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş komandanı, general Viktor Mujenko deyib: “Bu, mənim fikrimdir, amma təəssüf ki, biz buna (səfərbərlik yaşının aşağı salınmasına – red.) gedəcəyik”.

Generalın dediyinə görə, səfərbərlik yaşının 18-ə, yoxsa 20-yə endirilməsi müzakirə oluna bilər. Bununla yanaşı, onun fikrincə, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları da rotasiya qaydasında orduya cəlb edilməlidirlər.

Onu da qeyd edək ki, bu günlərdə Ali Radanın İqtisadi İnkişaf Komitəsinin müşaviri Nazariy Volyanski bildirmişdi ki, səfərbərlik yaşının aşağı salınması ilə bağlı qərar gələn ilin əvvəlində verilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru