Tramp və Mask Qrenlandiya və Kanadanı satın ala bilərlər - Medvedev
30-12-2024, 00:09
"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və iş adamı İlon Mask Qrenlandiya, Kanada, Böyük Britaniyanı və Panama kanalını ölkənin tərkibinə qatmaqdansa satın ala və öz şəxsi mülkiyyətinə çevirə bilərlər".
Bakupost.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "X" sosial şəbəkəsində bildirib.
“Mən başa düşmürəm ki, Birləşmiş Ştatlar nə üçün Kanada, Qrenlandiya və hətta Britaniyanı öz tərkibinə daxil etsin, həmçinin Panama kanalını geri qaytarsın. Daha sivil bir yol var: Donald Tramp və İlon Mask sadəcə olaraq həmin torpaqları şəxsi mülkiyyət kimi ala bilərlər”, - deyə o yazıb.
Qeyd edək ki, dekabrın əvvəlində Tramp zarafatla ABŞ-a qonşu olan Kanadanı 51-ci ştat, baş nazir Castin Trüdonu isə qubernator adlandırmışdı.
"Kanada ABŞ-a qoşulmaq qərarına gəlsə, ölkədə vergilər 60%-dən çox azalacaq" deyə Tramp bildirib.
Siyasətçi Qrenlandiyanı almaq arzusunu da açıqlayıb.
"Milli təhlükəsizliyi və dünyada azadlığı təmin etmək üçün Amerika Birləşmiş Ştatları hesab edir ki, Qrenlandiyaya sahib olmaq və ona nəzarət etmək mütləq zərurətdir", - deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.