Polşa Belarusla sərhəddəki divarın möhkəmləndirilməsini istəyir
30-12-2024, 12:34
Polşa 2025-ci ilin ortalarına qədər Belarusla sərhəddə qeyri-qanuni miqrasiyanın qarşısını alacaq divarın tikintisini və möhkəmləndirilməsini başa çatdırmaq niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Financial Times”a Polşanın miqrasiya nazirinin müavini Maçey Duşik bildirib.
Onun sözlərinə görə, Belarusla 400 kilometrlik sərhəddə işlər başa çatdıqdan sonra bu, sərhəd təhlükəsizliyini maksimum 100%-ə yaxınlaşdırmağa imkan verəcək:“Ümid edərm ki, bu miqrasiya yolu gələn ilin yayında bağlanacaq”.
Bununla belə, o, Varşavanın Lukaşenko rejiminin “münaqişəni gərginləşdirmək” və Polşanın gücləndirilmiş sərhəd infrastrukturunu sabotaj etmək üçün növbəti cəhdinə hazır olmalıdır.
Xatırladaq ki, 400 kilometrlik sərhəd boyu əlavə tədbirlərə gecəgörmə kameraları, termal görüntüləmə, yeni patrul yolu və 2022-ci ildə çəkilmiş beş metrlik polad hasarın gücləndirilməsi daxildir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Polşa ilə Belarus arasında gərginlik artıb. Varşava Minski Aİ-yə təzyiq göstərmək üçün miqrant axınına qəsdən nəzarət etməkdə ittiham edir – Belarus bu ittihamı rədd edir.