Tayvan Çininin artan hərbi təzyiqi fonunda Trampın ikinci vəzifə müddətinə hazırlaşır

30-12-2024, 16:24           
Tayvan Çininin artan hərbi təzyiqi fonunda Trampın ikinci vəzifə müddətinə hazırlaşır
Dünya ABŞ Prezidenti seçilən Donald Trampın növbəti ay Ağ Evə qayıtmasını gözlədiyi bir vaxtda, Tayvan Çinin artan aqressiyası və ABŞ-Tayvan əlaqələri ətrafındakı qeyri-müəyyənlik arasında qalıb.

Hərbi qulluqçulardan tutmuş mülki vətəndaşlara qədər Tayvan sakinləri ABŞ-ın yeni prezidentinin tezliklə vəzifəyə başlaması və Çindən təzyiqlərin artması ilə qeyri-müəyyən gələcəyə hazırlaşırlar.

Pekin özünü idarə edən Tayvanı Çinin bir hissəsi hesab edir və lazım gələrsə, bu iddianı reallaşdırmaq üçün güc tətbiq edəcəyini bildirir. Prezident Co Bayden dəfələrlə Çinin hücum edəcəyi təqdirdə ABŞ-ın Tayvana yardım edəcəyini söyləsə də, yeni seçilmiş prezident Tramp Tayvanın müdafiəsi üçün ABŞ-a pul ödəməli olduğuna eyham vurub.

“Mən bir az narahatam, çünki Trampın nə dediyini, nə etdiyini və pərdə arxasında, bizim görmədiyimiz zaman nə etdiyini bilmək çox çətindir. O həmişə öz maraqları və Birləşmiş Ştatların maraqlarını nəzərə alaraq hərəkət edib,” Tayvan sakini Ancel Çi deyir

Tramp qatı tərəfdarı Marko Rubio və Maykl Valtzıı nazirlər kabinetinə potensial namizədlər kimi seçsə də, onun Tayvanla bağlı şərhləri qeyri-müəyyən olub.

Tramp 2023-cü ilin iyul ayında Fox News-a müsahibəsində belə cavab verib:

“Mən nə düşündümüyü demək istəmirəm. Mən bu suala cavab versəm, bu mənim danışıqlarda mövqeyimi çox pisləşdirəcək.”

“Biz onun Birləşmiş Ştatları daha təcridçi bir mövqeyə qaytarmaq istədiyni deyəndə, həqiqətən də bu niyyətdə olub-olmadığğını bilmirik,” geosiyasi təhliçi Maykl Kol deyir.

Çinin mövqeyi noyabrın 7-də keçirilən mətbuat konfransından aydındır:

“Çin Birləşmiş Ştatlarla Tayvan arasında hər hansı bir rəsmi əlaqəyə qəti şəkildə qarşıdır,” Çinin Xarici işlər nazirliyinin sözçüsü Mao Ninq deyir.

Bəzi Tayvan sakinləri demokratik adanın dəyərlərinin ABŞ və həmfikir ölkələrlə münasibətləri möhkəmləndirməyə kömək edəcəyini düşünürlər.

“Tramp özünü Baydendən fərqləndirmək istəyir, ona görə də onun şəxsi düşüncüləri var, amma mən bunun Tayvanın ABŞ-dakı və ya [Çinə qarşı] qlobal müdafiə xəttinin bir hissəsi kimi dəyərinə təsir edəcəyini düşünmürəm,” Tayvan sakini Çen Çenq-yi deyir.

Ekspertlər həmçinin razılaşır ki, növbəti adminsitrasiyası altında ABŞ-Tayvan əlaqələrində böyük dəyişikliklərin olması ehtimalı azdır.

“Biz baş verənləri çox diqqətlə izləyəcəyik və diqqətli olacağıq, ancaq panikaya düşmürük. Həm də Konqresdə çox güclü ikipartiyalı dəstəyimiz var və bu, həmişə müxtəlif sahələrdə ABŞ- Tayvanı əlaqələrini saxlamaq və təkmilləşdirmək üçün Tayvanın ən yaxşı dayağı ola bilər,” The Prospect Fondundan Lai İ-Çunq deyir.

Tayvan ABŞ-la mehriban olmağa və qarşıdan gələn Tramp administrasiyasına hazırlaşmağa davam edərkən, Çin, Tayvan prezidenti Lai Çinq-tenin may ayında vəzifəyə gəldiyindən bəri Tayvan ətrafında təlimlər keçirməklə və sahil mühafizəsinə müdaxilələrlə adaya hərbi təzyiqi gücləndirir. Kol deyir ki, hərəkətlər Tayvan hökuməti ilə birlikdə qədər seçicilərə də yönəlib.

“Onlar ümid edirlər ki, Tayvanı sıxışdırmaq və mübarizə hissi yaratmaqla, nəticədə bu, Tayvan hökumətini olmasa da, tayvanlı seçiciləri riskdən yayınmağa məcbur edəcək,” o deyir.

Kol deyir ki, Pekinin Tayvana qarşı aqressiyasının səviyyəsi onun yeni Tramp administrasiyasının Tayvan və Çinlə bağlı siyasətlərini qiymətləndirməsindən asılı ola bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.