Federal Təhqiqat Bürosuna rəhbər vəzifəsinə Trampa sadiq, “dərin dövlət” tənqidçisi nominasiya edilib
30-12-2024, 15:44
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ABŞ hökumətini yenidən qurmaqla əlaqədar vəd etdiyi səylər ölkənin əsas hüquq-mühafizə və kəşfiyyat orqanlarından birini əhatə edəcək. Amerikanın Səsinin milli təhlükəsizlik üzrə müxbiri Ceff Seldin Trampın Federal Təhqiqat Bürosuna (FBI) rəhbərlik və orada islahatlar etmək üçün nominasiya etdiyi namizəd haqqında məlumat verir.
Federal Təhqiqat Bürosunun direktoru Kristofer Reyin işçilərə yeni seçilən Prezident Donald Tramp vəzifəsinin icrasına başlayanda istefa verəcəyini elan etməsi bir çoxları üçün gözlənilməz oldu.
“Bu, büronun daha çox çəkişmələrə sürüklənməsinin qarşısını almağın ən yaxşı yoludur,” Rey dedi.
Və sonra o, son göstərişlərini verdi.
“Hər dəfə doğru şeyi, düzgün şəkildə etmək etmək öhdəliyimiz qətiyyən dəyişə bilməz və dəyişməməlidir,” o bildirdi.
Amma dəyişiklik gəlir.
Rey 10 illik vəzifə müddətini yarım qoyaraq vəzifədən ayrılacağını elan etmədən belə, Trampın FBI-a rəhbər vəzifəsində nominasiya etdiyi Kaş Patel qanunvericilərlə görüşərək, nominasiyasının təsdiq edilməsi üçün zəmin yaratmağa çalışıb.
44 yaşlı Patel keçmiş vəkil və federal prokurordur. O, Trampın ilk vəzifə müddətində milli təhlükəsizlik müşaviri vəzifəsində və Pentaqonda çalışıb.
“Məncə onu Tramp üçün cəlbedici edən, onun və prezident Trampın Ədliyyə Departamentinin, xüsusən də FBI-ın araşdırmamalı olduqları şeyi araşdıraraq səlahiyyətlərindən sui-istifadə etdiyklərini düşünməsidir,” Amerika Sahibkarlıq İnstitutundan Con Fortier deyir.
Patel bunu açıq açıq şəkildə söyləməkdən də çəkinməyib.
“Mən burada Donald Trampı dəstəkləməkdən qürur duyuram. O hədəf alınıb, amma biz ölkə olaraq ədliyyənin qeyri-konstutusion bir şəkildə silahlaşdırıllması ilə daha da çox hədəf alınırıq,” o deyib.
Patel, büronun Vaşinqtondakı qərargahını bağlayacağını, FBI-ın nəzarət səlahiyyətlərini azaldacağını və büronun kəşfiyyat əməliyyatlarının həcmini ixtisar edəcəyini deyərək rəqiblərini acıqlandırıb.
O həmçinin “dərin dövləti boğmağa” çağırıb və 2023-cü ildə yazdığı “Hökumət Qanqsterləri” kitabında Trampla razılaşmayan 60 rəsminin adını sadalayıb.
“O istədiyi dəyişiklikləri ya tonla, ya da işçilərdə dəyişiklik etməklə edə bilər. Amma çox əhəmiyyətli dəyişikliklər etmək istəyirsə, bunun üçün icraedici və qanunverici qolun daha çox iş görməsi tələb olunacaq, ki, bu bir az daha çox vaxt aparır, və o bunu tək edə bilməz,” Con Frontier deyir.
Trampın fikrincə, Kaş Patel ən azından bunu başladacaq insandır.