Şimali Koreya lideri anti-ABŞ siyasətini sərtləşdirəcəyinə söz verib
31-12-2024, 16:14
Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasına bir aydan az qalmış Şimali Koreyanın dövlət mediası bazar günü bildirib ki, ölkə lideri Kim Çen Iİn ABŞ əleyhinə siyasətini daha da sərtləşdirəcək.
Trampın Ağ Evə qayıtması Şimali Koreya ilə yüksək səviyyəli diplomatiya perspektivlərini artırır. İlk səlahiyyət müddətində Tramp Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqlar üçün Kim ilə üç dəfə görüşüb.
Bununla belə, bir çox ekspertlər deyir ki, Kim-Tramp sammitinin tezliklə bərpası çətin olacaq. Belə ki, Tramp əvvəlcə Ukrayna və Yaxın Şərqdəki münaqişələrə diqqət yetirəcək.
Ekspertlərin fikrincə, Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək verməsi diplomatiyanı canlandırmaq səylərinə çətinlik yaradır.
Hakim İşçi Partiyasının cümə günü başa çatan beş günlük plenar iclasında Kim ABŞ-ı "anti-kommunizmi özünün dəyişməz dövlət siyasəti hesab edən ən mürtəce dövlət" adlandırıb.
Kim deyib ki, ABŞ-Cənubi Koreya-Yaponiya təhlükəsizlik tərəfdaşlığı “təcavüz üçün nüvə hərbi blokuna” çevrilir.
Koreyanın rəsmi Mərkəzi Xəbər Agentliyininin məlumatına görə, Kim deyib ki, bu reallıq bizim hansı istiqamətdə irəliləməli olduğumuzu, nəyi və necə etməli olduğumuzu açıq şəkildə göstərir".
Kimin çıxışının Şimali Koreyanın uzunmüddətli milli maraqları və təhlükəsizliyi üçün “aqressiv şəkildə başlayacağı ABŞ-a qarşı ən sərt mübarizə strategiyasını aydınlaşdırdığı” bildirilib.
KCNA anti-ABŞ strategiyası haqqında ətraflı məlumat verməyib, lakin Kimin müdafiə texnologiyaları vasitəsilə hərbi qabiliyyəti gücləndirmək üçün tapşırıqlar verdiyini və Şimali Koreya əsgərlərinin əqli möhkəmliyinin artırılmasının vacibliyini vurğuladığını bildirib.
Tramp və Kim arasında əvvəlki görüşlər nəinki onların alovlu ritorika və məhvetmə təhdidləri mübadiləsinə son qoymuş, həm də şəxsi əlaqələri inkişaf etdirmişdi. Tramp hətta bir dəfə demişdi ki, o və Kim “bir-birinə aşiq olub”. Lakin onların danışıqları nəhayət 2019-cu ildə ABŞ-ın Şimala qarşı sanksiyaları üzərində mübahisəyə görə iflasa uğrayıb.
Şimali Koreya o vaxtdan bəri ABŞ və müttəfiqlərini hədəf alan daha etibarlı nüvə raketləri yaratmaq üçün silah sınaqlarının sürətini kəskin şəkildə artırıb.
ABŞ və Cənubi Koreya ABŞ-ın başçılıq etdiyi bu cür təlimləri işğal məşqləri kimi qiymətləndirən Şimaldan sərt tənqidlər alır. Rəsmi Vaşiqnton Pxenyana ikitərəfli hərbi təlimlərini və Yaponiyanın da iştirak etdiyi üçtərəfli təlimləri genişləndirməklə cavab verib.