Tramp hökumətin maliyyə qarışıqlığından sonra Consonun Nümayəndələr Palatasının spikeri olaraq qalmasını təsdiqləyir
31-12-2024, 16:24
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresdəki aparıcı rolunu saxlamaq üçün mübarizə aparmağa hazırlaşan Nümayəndələr Palatasının spikeri Mayk Consonu dəstəkləyib.
Tramp bazar ertəsi sosial media şəbəkəsindəki paylaşımında Consonun "yaxşı, çalışqan, dindar bir insan olduğunu"yazıb və Luiziana Respublikaçısının "doğru şeyi edəcəyini və biz qalib gəlməyə davam edəcəyik" deyib.
"Mayka mənim Tam və Ümumi Təsdiqim var" - deyə, Tramp yazıb.
Federal maliyyələşdirmə planı üzərində mübarizə hökuməti Milad öncəsi bağlanma riski altına qoyduqdan sonra Cnsonun rəhbərliyi təhlükə altında idi. Razılaşma əldə olunsa da, mübahisə Consonun təsirinin hüdudlarını göstərib və partiyasının dəstəyində çatları üzə çıxarıb.
Yanvarın 20-də and içəcək Trampın hökumətin borc tavanını dayandırmaq və ya qaldırmaq çağırışlarına müdaxilə etdiyi üçün spikerin ilk iki maliyyə planı iflasa uğrayıb. Trampa yaxın qalmaq üçün çox çalışan Conson seçilmiş prezidenti inandırıb ki, 2025-ci ildə borc limitinin artırılması ilə bağlı tələblərini yerinə yetirəcək.
Yanvarın 3-də keçirilən liderlik səsverməsindən əvvəl Tramp bir həftədən çox müddət ərzində Consonun taleyi ilə bağlı heç nə demirdi. Bəzi Respublikaçılar Consonu dəstəkləməyəcəklərini bildirib.