İsveçdə qəbiristanlıq üçün daha çox torpaq sahələri alınacaq

31-12-2024, 15:48           
İsveçdə qəbiristanlıq üçün daha çox torpaq sahələri alınacaq
İsveç Kilsəsi və İsveç Mülki Müdafiə Agentliyi münaqişə və ya böhran vəziyyətində ölkədə daha çox qəbiristanlığa ehtiyac olacağını açıqlayıb.

Bu barədə "Euronews"da yayımlanan videoda qeyd olunur.

Belə ki, İsveçdə dəfn xidməti agentliyi böhran və ya müharibə zamanı əlavə qəbir yerinə ehtiyac yaranacağını əsas götürərək daha çox torpaq almaq qərarına gəlib.

Bildirilir ki, təşəbbüs İsveç Kilsəsinin milli katibliyindən və İsveç Mülki Müdafiə Agentliyindən gəlib.

Hər iki qurum Rusiya ilə artan regional gərginlik və İsveçin NATO-ya üzv olmaq qərarı fonunda gözlənilə biləcək qarşıdurmaya hazır olmağı məsləhət görür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru