Si Cinpin: “Heç kim Çinin birləşməsinə mane ola bilməz”

1-01-2025, 12:14           
Si Cinpin: “Heç kim Çinin birləşməsinə mane ola bilməz”
"Boğazın hər iki sahilindəki soydaşlar bir ailədir, heç kim bizim qan və qohumluq bağlarımızı qopara bilməz”

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin deyib ki, “Tayvan boğazının hər iki sahilindəki insanlar bir ailədir və heç kim Çinin birləşməsinə mane ola bilməz”. AYNA bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

"Boğazın hər iki sahilindəki soydaşlar bir ailədir, heç kim bizim qan və qohumluq bağlarımızı qopara bilməz. Vətənin yenidən birləşməsinin tarixi tendensiyasını heç kim dayandıra bilməz", - Çin lideri bildirib.

Çin lideri əlavə edib ki, Çin “Bir ölkə, iki sistem” siyasətinə sadiq qalacaq, Honq-Konq və Makaonun firavanlığını və sabitliyini qoruyacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.