Trampın andiçməsindən əvvəl venesuelalı silahlıların ABŞ sərhədçilərinə hücumları çoxalıb

1-01-2025, 17:24           
Trampın andiçməsindən əvvəl venesuelalı silahlıların ABŞ sərhədçilərinə hücumları çoxalıb
Venesuelanın "Tren de Aragua" cinayətkar qruplaşmasından olan quldurlar ABŞ-nin yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimindən əvvəl ölkəyə daxil olmaq üçün Texas ştatının El-Paso şəhərində yerləşən Meksika-ABŞ sərhəd-keçid məntəqələrinə hücumlar edirlər.

Bu barədə "New York Post" qəzeti Texas hüquq-mühafizə orqanlarının əməkdaşlarının daxili memorandumuna istinadən məlumat yayıb.

Qeyd olunur ki, hücum edənlər bıçaqla silahlanırlar və onlara mane olmağa çalışan sərhədçilərə hücum edəcəkləri ilə hədələyirlər. Belə ki, ötən həftə ərzində 20 silahlı şəxs ABŞ-yə daxil olmağa cəhd edib. Məlumata görə, dəstə üzvlərinin növbəti hücumunun yanvarın 1-də baş verəcəyi gözlənilir.

Təhlükəsizlik məsələləri üzrə mütəxəssislər qeyd edir ki, Meksikadan ABŞ sərhədini keçmək cəhdlərinin artması Donald Trampın yanvarın 20-də baş tutacaq inauqurasiya mərasimi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru