ABŞ-də terroçu avtomobili insanların üzərinə sürərərk atəş açıb - 10 ölü, 30 yaralı

2-01-2025, 00:13           
ABŞ-də terroçu avtomobili insanların üzərinə sürərərk atəş açıb -
Yeni Orleanın Fransız Məhəlləsində Yeni İli qeyd edən izdihama yük maşını çırpılıb, nəticədə ən azı 10 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Bu barədə şəhərin rəsmi saytında məlumat verilib.

Şahidlərin CNN-ə verdiyi məlumata görə, terroçu pikap maşınını məşhur restoran və barlarla tanınan Burbon küçəsində izdihamın üzərinə sürüb. Daha sonra sürücü maşından düşərək atəş açmağa başlayıb. Hadisə bayram əhval-ruhiyyəsindəki izdihamın arasında baş verib və ərazidə böyük panika yaradıb.

Yerli hakimiyyət orqanları bildiriblər ki, zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yeni Orlean Polis İdarəsi hadisəni araşdırır.

Luiziana qubernatoru Ceff Lendri sosial media postunda bu hadisəni “dəhşətli zorakılıq aktı” kimi təsvir edib. Yeni Orlean meri LaToya Kantrell isə bu hücumu terror aktı adlandırıb.

Fransız Məhəlləsi, xüsusilə Burbon küçəsi, şəhərin bayram tədbirlərinin mərkəzi və il boyu turistlərin cəlb olunduğu bir məkan kimi tanınır. Hadisə baş verən zaman bölgə insanlarla dolu idi.

Hakimiyyət orqanlarının məlumatına görə, şübhəli şəxs atəşma zamanı öldürülüb. Bu barədə CNN-ə federal hüquq-mühafizə orqanının nümayəndəsi məlumat verib. Rəsmi şəxs hadisənin qəsdən törədildiyini bildirib. FTB və yerli polis cinayətin motivlərini müəyyən etmək məqsədilə maşını araşdırır.

Artıq avtomobilini izdihamın üzərinə sürmüş şəxsin kimliyi məlum olub. “Polisə atəş açdığı iddia edilən şübhəli şəxs hadisə yerində öldürülüb. Çərşənbə günü onun 42 yaşlı Şamsud Din Cabbar olduğu müəyyən edilib”, – NOLA nəşri vurğulayıb.

ABŞ prezidenti Co Bayden hadisə ilə bağlı məlumatlandırılıb, Ağ Evin bəyanatında qeyd olunub.

“Prezident Bayden Yeni Orleanda gecə saatlarında sürücünün çoxsaylı insanları öldürməsi və yaralaması ilə bağlı dəhşətli xəbərlə məlumatlandırılıb. Ağ Ev meri Kantrell ilə əlaqə saxlayaraq dəstək təklif edib”, – bəyanatda bildirilib. “FTB artıq hadisə yerindədir və yerli hüquq-mühafizə orqanlarına dəstək göstərir. Prezident gün ərzində davamlı olaraq məlumatlandırılacaq”.

Hazırda Delaverin Uilminqton şəhərində olan Bayden, çərşənbə axşamı axşamı ailə toyunda iştirak edib. Prezident qurbanların ailələrinə başsağlığı verib. Hücumun motivləri və şübhəli şəxs barədə araşdırmaların davam etdiyi bildirilir.

ABŞ-nin Nyu-Orlean şəhərində insanların həlak olduğu ərazidə partlayıcı qurğu aşkar edilib.

Bu barədə ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) nümayəndəsi “Fox News”a bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.