Bolqarıstanın baş naziri ölkəni Şengen zonasından ayıran sərhədin açılışını edib

2-01-2025, 15:14           
Bolqarıstanın baş naziri ölkəni Şengen zonasından ayıran sərhədin açılışını edib
Bolqarıstanın Texniki Hökumətinin Baş naziri Dimitar Qlavçev yanvarın 1-də ölkəni Şengen zonasından ayıran sərhədin simvolik açılış mərasimini keçirib.

TEREF APA-ya istinadən xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, Kulata keçid məntəqəsindəki maneələr aradan qaldırılıb, pasport yoxlamaları aparılmır və nəqliyyat Yunanıstanla sərhədin kəsişməsindən gecikmədən keçir.

“Uzun illər gözləmədən və çoxsaylı yoxlamalardan sonra biz sərbəst hərəkəti təmin etməyə və Şengen zonasının təhlükəsizliyini qorumağa çox yaxşı hazırlaşırıq. Bu gün bir çox mütəxəssislərin səylərinin zirvəsi olan tarixi bir hadisə baş verdi, Şengen reallığa çevrildi. Əminəm ki, biz birlikdə çalışaraq Avropa İttifaqının xarici sərhədlərini daha da yaxşı qoruyacağıq”, - deyə baş nazir bildirib.

Sərhəd polisinin direktoru Anton Zlatanov izah edib ki, hərəkət azadlığı nəzarətin olmaması demək deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru