Ukraynaya hərbi istehsalı genişləndirmək üçün 15-20 milyard dollar lazımdır

23-01-2025, 11:18           
Ukraynaya hərbi istehsalı genişləndirmək üçün 15-20 milyard dollar lazımdır
Ukraynaya hərbi istehsalını genişləndirmək üçün 20 milyard dollara qədər maliyyə lazımdır.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye sahələri naziri Qerman Smetanin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Bir çox aspektdən maliyyədən daha çox imkanlarımız var. İstehsalı artırmaq üçün 15-20 milyard dollar tapmalıyıq”, - o deyib.

Nazir Ukraynanın silah, o cümlədən uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları istehsalını artırmaq niyyətində olduğunu vurğulayıb.

Smetanin onu da qeyd edib ki, xarici yardımdan çox asılı olan Ukrayna iqtisadiyyatı hərbi istehsal ehtiyaclarının yalnız yarısını maliyyələşdirə bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru