İngiltərədə fövqəladə vəziyyət elan edildi

28-01-2025, 11:14           
İngiltərədə fövqəladə vəziyyət elan edildi
İngiltərənin Somerset bölgəsində daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

TEREF BBC-yə istinadən xəbər verir ki, “Herminia” qasırğası nəticəsində İngiltərə və Uelsdə 50-dən çox daşqın xəbərdarlığı qüvvədədir.

İngiltərənin cənubu və Uelsdə külək və yağışla bağlı sarı xəbərdarlıqlar edilib. Bu xəbərdarlıqlar xüsusilə cənub-qərb bölgələrində çərşənbə axşamına qədər uzadılıb.

Ən çox zərər çəkmiş bölgədə yaşayan sakinlər evakuasiya olunub.

hazırda fırtınanın sürəti cənub-şərqdə saatda 83 milə (təxminən 134 km/saat) çatıb.

Qeyd edək ki, “British Airways” Londonun Hitrou hava limanında 26 daxili və Avropa reysini ləğv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru