İmperator Trampın hakimiyyəti Pentaqona atın gətirilməsi ilə başlayıb
28-01-2025, 16:18
Trampın hərb nazirini Kaliqulanın İnsitatı ilə müqayisə etsələr də, oxşatmalar daha çox onların təyinatlarına aid edilir.
2017-ci ildəki prezident Donald Tramp, ABŞ elitası üçün bir sistem səhvinə görə Ağ Evə girən anlaşılmazlıqdır.
2025-ci ilin Trampı isə imperatoru daha çox xatırladır. Bütün "qeyri-müəyyən" ştatların fəthindən sonra ondan qorxurlar, ona tərifnamələr oxuyurlar, ondan nailiyyətlər gözləyirlər və o, Qrenlandiya və Kanada hesabına dövlətin ikiqat artması da daxil olmaqla, onlarla bağlı möhtəşəm miqyasda vədlər verir.
Ancaq başlanğıc üçün o Kaliqula kimi Senata at təqdim edib. Daha dəqiq desək, Pentaqona. Amma ABŞ müdafiə nazirləri senatorlar tərəfindən təsdiqlənir - və Trampın xahişi ilə onlar bu vəzifəyə teleaparıcı Pit Heqseti təsdiq ediblər. Trampın atı da elə odur.
Kaliqulanın atı niyə ucaltdığı dəqiq məlum deyil. Qədim tarixçilərin ən populyar versiyasına görə, özündən müştəbehliyinə görə. Amma bunu başqa cür izah ednlər də var. Fərziyyələrdən birinə görə, bu yolla imperator Senatı aşağılamaq və eyni zamanda narazı olanları, kor-koranə tabe olmağa hazır olmayan və maneə ola biləcəkləri müəyyənləşdirmək istəyirdi.
Bütün bunlar Pit Heqsetlə bağlı yaranmış vəziyyətdə işlək fərziyyələrdir. 2017-ci ildə Trampın özü də daxil olmaqla, hər hansı digər prezidentin dövründə belə bir şəxsin Pentaqona namizədliyinin irəli sürülməsindən və Senat tərəfindən təsdiqindən söhbət gedə bilməzdi. Adətən bu mövqedə təmsil olunan fiqurla Heqset arasındakı fərq elə Roma senatoru ilə at arasındakı fərqlə müqayisə edilə bilər.
Məsələn, Heqsetin sələfi Lloyd Ostin dörd ulduzlu generaldır və ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəridir, o orduda, 44 yaşlı Heqsetin yaşı qədər xidmət edib. Ostin Trampın zəif, milli satqınlar, təhlükəli liberallar və amerika dəyərlərinə təhlükə hesab etdiyi Demokratik Partiya tərəfindən təyin edilib. Lakin onların müdafiə naziri birinci Soyuq Müharibənin ən yaxşı illərinə uyğun bir fiqurudur (onun qaradərili olması isə hazırkı dövrün ruhundadır), Trampın və mühafizəkarlıq, vətənpərvərlik və ənənələrə sadiqlik partiyası olan respublikaçıların müdafiə naziri isə prezidentin sevimli teleaparıcısıdır. Lap qədim Romadakı İmperatorun sevimli atı kimi.
Heqsetin bəzi demokratların onu təsvir etdiyi tam heyvan olduğunu düşünməyə dəyməz.İstək olduğu halda, Pentaqonun yeni rəhbərini daha yaxşı tərəfdən - parlaq təhsilə, faydalı təcrübəyə və aydın düşüncəyə malik bir şəxs kimi də təqdim etmək olar.
Onun arxasında Prinston və Harvard var. O, özünü təkcə teleaparıcı deyil, həm də politoloq, maliyyə analitiki və ABŞ-da ordu ehtiyatına cavabdeh olan Milli Qvardiyanın mayoru kimi təqdim etmək hüququna malikdir. Heqet Pentaqon ilə bir neçə müqavilə imzalayıb, Əfqanıstan və İraqda döyüşüb, ölümlə yanaşı addımlayıb və döyüş mükafatlarına layiq görülüb. O bir əsgər və bir neçə veteran təşkilatının rəhbəri kimi, qoşunlardakı ab-havadan və nəyə ehtiyac duyulduğundan xəbərdardır.
Əksinə, Heqseti təhlükəli tip və hətta qorxuya səbəb olan bir canavar kimi təsvir etmək lazımdırsa, bunu da eyni asanlıqla etmək olar. O, şahindir, radikal və militaristdir, İraqa müdaxilənin və məsələlərin güc yolu ilə həllinin tərəfdarıdır. Onun xidmət etdiyi yerlərdən biri Quantanamo həbsxanasıdır. Burada şübhəlilər işgəncələrə məruz qalır və qeyri-müəyyən müddətə azadlıqdan məhrum edilirdilər. Tramp onun təşəbbüsü ilə 2020-ci ildə hərbi cinayətlərdə ittiham olunan hərbçiləri əfv etdi və ya əfv etməyə cəhd etdi, onların bəziləri öz qeydlərinə görə əsl canavar idi və dostlarına qurbanlarının cəsədləri ilə selfi göndərdikləri üçün tutulmüşdılar.
Bütün bunlar bir çox cəhətdən Trampın bəyan etdiyi dəyər sistemi ilə üst-üstə düşən Heqsetin dəyər sisteminə uyğundur. Yeni nazir onu yalnız indi şöhrət qazanan kitabında ətraflı təsvir edib. Daha çox şişirdilmiş sosial media yazısı kimi oxunan mətndə Heqset düşmənlərə - "solçulara", İslam ümmətinə və Çinə qarşı mübarizə aparır. Eyni zamanda, o, bir politoloq kimi yaxşı hər şeyi dəstəkləyən, hər pisliyə qarşı mübarizə aparan özünəməxsus xilas ideologiyasını təklif edir və bunu "amerikaçılıq" adlandırır.
Heqsetin "amerikaçılıq"ında xristian ənənələrinə vurğu və ABŞ-ın immiqrantlar ölkəsi (yəni milli dövlət deyil, dövlətin milləti) olması faktına düzəlişlə adi millətçiliyi asanlıqla tanımaq olar. Bu özlüyündə o qədər də qorxulu deyil - biz daha qorxulu millətçilər görmüşük. Daha qorxulu olan odur ki, Heqset sadə və ikinci dərəcəli fikirləri pafos və ehtirasla ifadə edir, onları təsəvvür edə biləcəyiniz ən vulqar üz qabığına bükür: müəllif nəhəng ABŞ bayrağının dirəyi ilə dayanıb, döymə əzələlərini nümayiş etdirir.
Heqset öz mübarizəsində İsraili əsas müttəfiqi kimi görür. "Sionizm və amerikanizm bu gün dünyamızda Qərb sivilizasiyasının və azadlığının ön cəbhəsidir" deyə o, bir dəfə bəyan etmişdi. Beləliklə, yəhudilər xristian doqmatizminə meylli olmasına, sinəsində Qüds xaçına və yəhudilərin tarixən çətin münasibətdə olduqları səlibçilərə heyranlığın digər əlamətlərinə baxmayaraq, Pentaqonun yeni rəhbərinə arxayın ola bilərlər. Yeri gəlmişkən, Heqsetin kitabı "Amerikanın Səlib yürüşü" adlanır.
Heqsetin yürüş etməyi planlaşdırdığı yerlər arasında Rusiya yoxdur ki, bu da amerikalı geosiyasətçi üçün danılmaz üstünlükdür. Ola bilsin ki, bu ona görədir ki, Heqset yetkinlik dövründə Rusiya ABŞ-da ən yaxşı halda kvazimüttəfiq, ən pis halda isə məğlub edilmiş, lakin təhlükəli olmayan düşmən kimi qəbul edilirdi.
Heqset Ukraynaya yardım siyasətini rədd edir və NATO-nu ABŞ üçün zərərli bir qurum kimi pisləyirdi. Lakin əmr verildiyi halda həm Ukraynaya, həm də NATO-ya kömək edəcək. O da XHƏ-nin məqsədinin SSRİ-ni bərpa etmək olduğu barədə təbliğat mifinə inanmışlardandır. Moskvanı indi Xarkov yaxınlığında saxlamaq, sonradan Riqa yaxınlığında saxlamaqdan daha ucuz başa gələr. Qərbdəki Kiyevə dəstək tərəfdarları öz mövqelərini məhz bu fikirlə əsaslandırır.
Bu baxımdan Heqset Pentaqon üçün tam uyğun gəlir. Onun namizədliyi Trampın zarafatı kimi qəbul edildiyi üçün təəccüblü görünsə də, problem sadəcə onun CV-də idi.
Heqset sadə oğlan deyil. Sadə oğlanlar Prinston və digər yüksək Liqa düşərgələrinə düşmürlər. Ancaq o həyatında böyük bir şeyə rəhbərlik etməyib. Rəhbərlik etdiyi şeylər proseslər isə pis nəticələnib. Maliyyə analitikası ilə məşğul olduğu şirkətlər iflasa uğrayıb, sədrlik etdiyi Veteran təşkilatları müflisləşib. Özü də bu proseslər, büdcələrin üçdə birinə qədərin əyləncə məclislərinin keçirilməsinə xərclənməsinin səbəblərinin araşdırılmasına həsr olunan məhkəmə prosesləri ilə müşayiət olunub.
O, yəqin ki, vicdanlı əsgər olub. Lakin mülki həyatında maddi, qanun və qadınlarla münasibətlərdə problem yaşadığı üçün o vaxtaşırı hərbi xidmətə qayıdırdı. O müharibəyə məhz şəxsi problemlərindən qaçırdı.
Eyni zamanda, Pentaqon - təxminən üç milyon insan (2,1 milyon hərbçi, 780 min mülki) və 850 milyard dollarlıq büdcə deməkdir. Heqsetin səmərəsiz idarəçi olduğu onun karyerasının hər mərhələsində təsdiqini tapıb. Belə olan halda, televiziyada parlayan zaman Tramp tərəfindən sevilən Heqsetin büdcə mənimsənilməsində səriştəli əjdaha adlandırılan Pentaqondan necə baş çıxaracağı sual doğurur.
Onun vəziyyətində xüsusi bir söhbət SSRİ-də mənəvi görünüş, rus ordusunda isə zabit şərəfi adlanan məsələ ilə bağlıdır. Heqsetin anası oğluna yazdığı məktubda onu "alçaldan, yalan danışan, aldadan, hər yoldan keçənlə yatan və qadınları öz gücü və eqosu üçün istifadə edən" bir təcavüzkar "kimi xarakterizə edirdi. Bu məktub mediaya mənsublarının əlinə keçəndən sonra, ailədə bildirdilər ki, o emosional halda yazılıb. Amma bunun özü də göstərir ki, Heqset öz anasında da son dərəcə mənfi duyğular oyatmağa qadirdir.
Çoxsaylı xəyanətlərə görə iki boşanma və mülki hissəsindən Heqsetin 50 min dollar ödəməklə qurtulduğu zorlama iddiası Trampı utandıracaq bir şey deyil. Bu baxımdan onun həyatı daha zəngin hadisələrlə doludur. Fərq yalnız ondadır ki, prezident alkoqollu içki qəbul etmir. Lakin bu, ictimai əxlaqın və ənənəvi dəyərlərin keşiyində duran Senatdakı respublikaçıları narahat etməyib. Heqsetin əleyhinə səs verən üç nəfər Trampın şəxsi düşmənləri istisna olmaqla, digərləri onun iradəsi qarşısında tam itaət nümayiş etdirib. Sanki, namizədi təqdim edən prezident bildirib ki, budur sizin ayğırınız, səs verin və o sizin müdafiə naziriniz olacaq.
Düşünmək olar ki, Heqset Trampın gözündə senator edilmiş İncitat adlı (Sürətli ayaqlı) at Caligulanın gözündə olduğu xüsusiyyətlərə görə yaxşı görünür. O, imperatora sədaqətlə xidmət edib, ona qarşı sui-qəsd qurmağa cəsarət etməyib və lazım gələrsə, rütbəsindən və titulundan asılı olmayaraq hər kəsi dırnaqları ilə tapdalamağa hazır olub. Trampın yeni nazirdən gözlədiyi də budur.
Heqsetin uğuru Vaşinqton bataqlığının və Pentaqon bürokratiyasının komandası, əlaqələri, təcrübəsi və nailiyyətləri olmayan bir insanı nə qədər tez həzm etməsi ilə müəyyən ediləcək. Amma yalnız televiziya kameraları, qadınlar və Trampın bəyəndiyi içməyi xoşlayan şəxsin hərb naziri təyin edilməsi faktı həm Heqset, həm də ABŞ-da məqbul olan sərhədləri sürətlə genişləndirən Tramp üçün əhəmiyyətli nailiyyətdir.
Yeri gəlmişkən, Kaliqulanın atının karyerası kifayət qədər şərəflə başa çatıb. Onun sürgünlə nəticələnəcək heç bir cinayət törətmədiyi və senatorlar ömürlük təyin olunduqları üçün Incitat vəzifəsindən azad edilə bilməzdi. Buna görə də hətta imperatorun ölümündən sonra onun müavinəti əmlak astanasından aşağı salındı və o, bu pul ilə dinc şəkildə günlərini yaşamağa göndərildi.
Məlum olduğu kimi, Kaliqula teatrda aktyorlarla söhbət edərkən köhnə elitadan olan sui-qəsdçilər tərəfindən öldürülüb. O, özünə heyranlıq, özünə inam və özündən razılıq hisslərinin qurbanı olub. Sanki nəhəng imperiya onun müştəbüyliyinə uzun müddət dözəcək.
Sadiq İncitat isə ağasının köməyinə gələ bilmədi. Bunun üçün, Heqset kimi, onun da heç bir real inzibati çəkisi, siyasi intriqa təcrübəsi və hara düşdüyü haqqında tam anlayışı yox idi.