Britaniya Hərbi Dəniz Qüvvələri balinanı Rusiyanın sualtı dronu zənn ediblər
28-01-2025, 16:37
Britaniya panika yaşadı: Rusianın silahı zənn edilən heyvan, əslində, hava püskürən balina olub.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Şotlandiyanın şimal-qərbindəki Razey adası ilə Epplkross yarımadası arasındakı boğazda aşkar edilən hava püskürən balina üzündən panika yaşayıb. Onlar məməli heyvanı Rusiyanın sualtı pilotsuz təyyarəsi (dron) ilə səhv salıblar.
Bu barədə "The Sun" qəzeti Britaniya Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hadisə yanvarın 27-də baş verib. Hərbi Dəniz Qüvvələri silah və sensorları sınaqdan keçirərkən onlar qəfil qəribə səsləri eşidiblər. Sözsüz, hər bir vəziyyətdə Rusiya günahkardır. Bu səbəbdən də onlar Rusiya Federasiyasının dənizin dibinə dinləmə qurğusunu atdığını güman ediblər.
Lakin hadisə daha sadə və adi bir şəkildə izah olunub. Panikaya səbəb olan sadəcə bir balina olub, o da sadəcə hava buraxıb.
"Güman edilir ki, hava buraxan balinadan gələn səs Rusiya sualtı dronlarının Britaniyanın nüvə sualtı qayıqlarını hədəf alması ilə bağlı narahatlıqlara səbəb olub", "The Sun" qəzeti yazır.
Daha sonra bu halı Britaniya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi təsdiqləyib. O, bütün səslərin təhlil edildiyini tam məsuliyyətlə bildirib və tədqiqatlar bu səslərin balinadan gəldiyini sübut edib.
Lakin Qərbdə çoxdan bütün günahlarda Rusiyanı günahlandırmaq ənənəsi var. Almaniyanın xarici işlər naziri Annalena Berbok əmindir ki, Rusiya Baltik dənizində kabelləri partladıb və hətta yeni sanksiyalar tətbiq etməyə çağırır. Düzdür, Qərb kəşfiyyatı artıq bu versiyanı təkzib edib. Lakin görünür, bu, diplomatı narahat etmir.