Yunanıstan NATO-nun zirehli maşınlarına görə sərnişin daşımalarını dayandırır

28-01-2025, 11:18           
Yunanıstan NATO-nun zirehli maşınlarına görə sərnişin daşımalarını dayandırır
Zirehli texnikanın Aleksandrupolidən Avropanın şimalına çıxarılması NATO-nun ən böyük "Steadfast Dart 2025" təliminə hazırlığın bir hissəsidir.
Yunanıstanın şimalındakı Aleksandrupoli-Ormenio dəmir yolu xəttində sərnişin daşımaları 5 gün müddətinə müvəqqəti olaraq dayandırılıb.
"pronews.gr" portalının məlumatına görə, bu, NATO üçün nəzərdə tutulan xeyli sayda zirehli texnikanın Şərqi Avropaya daşınması ilə bağlıdır.
"Hellenic Train" şirkəti, ticarət mallarının daşınması səbəbindən 21-25 yanvar 2024-cü il tarixləri arasında bu xətt üzrə sərnişinlərə xidmət göstərə bilməyəcəyini açıqlayıb. Yerli sakinlərin rahatlığını təmin etmək üçün müəyyən olunmuş müddət ərzində avtobus marşrutları təşkil olunacaq. Lakin "kommersiya yükləri" tərifi praktikada hərbi çatdırılmalardır ki, bu da daha geniş geosiyasi manevrlər haqqında fikirlərə səbəb olur.
Yerli KİV-in məlumatına görə, zirehli texnikanın Aleksandrupolidən Avropanın şimalına çıxarılması NATO-nun ən böyük "Steadfast Dart 2025" təliminə hazırlığın bir hissəsidir. Bu manevrlər Cənub-Şərqi Avropada qoşunların yerləşdirilməsinin sürətini və effektivliyini qiymətləndirmək üçün nəzərdə tutulub ki, bu da Yunan limanının alyans üçün əsas qovşaq kimi strateji əhəmiyyətini vurğulayır.
Bundan əvvəl Rusiyanın Baltik dənizinin NATO-nun daxili gölü olmasına imkan verməyəcəyi barədə məlumat verilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.