Şahzadə Diananın böyüdüyü evin varisi oğulları olmadılar - SƏBƏB
28-01-2025, 17:48
Şahzadə Diananın uşaqlıq illərini keçirdiyi Eltorp malikanəsi yeni sahibini tapıb. Malikanənin yeni sahibi Şahzadənin qardaşı oğlu, gənc aktyor Lui Spenser olacaq.
Bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat verib.
Eltorp beş əsrdən artıqdır ki, Spenser ailəsinin nəsil yurdudur. Möhtəşəm malikanə Northemptonşir qraflığının ərazisində 13 000 akr sahədə yerləşir.
Qədim ənənəyə görə, malikanə ailənin ilk övladına deyil, böyük oğluna verilir. Buna görə də, Eltorp əvvəlcə hazırkı Qraf Spenserə (Diananın qardaşı) verilmişdi, indi isə qrafın üç böyük qızı olmasına baxmayaraq, onun yeganə oğlu Luiyə miras qalacaq.
27 yaşlı Lui Spenser, digər qohumları ilə müqayisədə olduqca qapalı həyat tərzi sürür. O, Keyptaunda (CAR) böyüyüb, orada kolleci bitirib və daha sonra Edinburq Universitetində ali təhsil alıb. Hazırda Lui aktyorluq karyerasında ilk addımlarını atır və "Tavistock Wood Talent" agentliyində qeydiyyatdadır.
"Lui çox qapalıdır və öz işlərini sakit şəkildə idarə edir. O, çox istedadlı aktyordur və düşünürəm ki, parlaq karyerası olacaq. Hesab edirəm Lui sizin xoşunuza gələcək, çox təmkinli və səmimidir, ləyaqətli, mehribandır", - deyə mənbə Eltorpun gənc varisi haqqında deyib.