Çinin neft və qaz sənayesində tarixi nəticə: Hasilat 400 milyon tonu ötüb

Dünən, 17:14           
Çinin neft və qaz sənayesində tarixi nəticə: Hasilat 400 milyon tonu ötüb
Çin 2024-cü ildə enerji sektorunda yeni rekorda imza atıb – ölkənin neft və qaz hasilatı ilk dəfə olaraq 400 milyon ton ekvivalentini keçib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Energetika üzrə Dövlət İdarəsi məlumat yayıb.

Hesabata əsasən, hasilat həcmi 2023-cü illə müqayisədə təxminən 10 milyon ton artıb. Qeyd olunur ki, bu yüksəliş ardıcıl səkkiz aydır davam edir və sektordakı dinamik inkişafın göstəricisidir.

Ötən il ölkənin ümumi neft hasilatı 1,8 % artaraq 213 milyon tona çatıb. Xüsusilə, şist neft istehsalında ciddi artım qeydə alınıb – bu sahədə hasilat 30 %-dən çox yüksələrək 6 milyon tona çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.