Kolumbiya ABŞ-dan deportasiya edilən miqrantları evlərinə qaytarmaq üçün hava qüvvələrinə məxsus təyyarələr göndərib

Dünən, 12:44           
Kolumbiya ABŞ-dan deportasiya edilən miqrantları evlərinə qaytarmaq üçün hava qüvvələrinə məxsus təyyarələr göndərib
Kolumbiya Hava Qüvvələrinə məxsus təyyarənin çərşənbə axşamı ABŞ-dan deportasiya edilmiş 110 kolumbiyalı ilə birlikdə ölkəyə geri dönməsi gözlənilir.

San Dieqo və Hyustondan Kolumbiyaya təyyarələrin uçuşu bazar günü Kolumbiya Prezidenti Qustavo Petronun deportasiya edilmiş kolumbiyalıları ABŞ hərbi təyyarələri ilə ölkəyə geri göndərməsinə icazə verməməsi ilə başlayan mübahisədən sonra baş verir.

Petro belə bir davranışın hörmətsizlik olduğunu bildirib. Onun bu imtinası ABŞ Prezidenti Donald Trampı tariflər tətbiq etmək təhdidi ilə çıxış etməyə vadar edib. Petro isə qarşılığında tariflər tətbiq edəcəyini deyib, sonra isə iki ölkə bu vəziyyəti həll etmək üçün razılığa gəldiklərini açıqlayıb.

Petro Kolumbiya Hava Qüvvələrinin uçuşlarının miqrantların “qandallanmış vəziyyətdə olmadan” evlərinə getmələrinə imkan verəcəyini bildirib.

“Bu tənzimləmə: deportasiya edilənlər üçün ləyaqət bizə deportasiya göndərən bütün ölkələrə tətbiq olunacaq” - deyə, Petro qeyd edib.

Tramp keçən həftə prezidentliyə başladıqdan sonra kampaniya vədlərindən biri olan deportasiya əməliyyatlarını sürətlə həyata keçirməyə başlayıb. O, bazar ertəsi bildirib ki, əgər ölkələr miqrantlarını tez qəbul etməsələr, “çox yüksək iqtisadi qiymət ödəyəcəklər və biz dərhal kütləvi tariflər tətbiq edəcəyik”.

Bununla yanaşı, Kolumbiya ABŞ hərbi təyyarələrinin uçuşlarına qarşı çıxsa da, Qvatemala son günlərdə ABŞ-dan deportasiya edilən qvatemalalı miqrantları daşıyan bir neçə ABŞ Hava Qüvvələri təyyarəsini qəbul edib.

Sonuncu uçuş bazar ertəsi baş tutub, 64 qvatemalı vətənlərinə dönüb.

Qvatemalanın vitse-prezidenti Karin Herrera bazar ertəsi ABŞ-dan gələn miqrantların vəziyyətı və onlara göstərilən qayğıya nəzarət etdiyini bildirib.

“Qvatemalalı miqrantları hüquqları və ləyaqətləri olan insanlardır. Bizim öhdəliyimiz onların ölkəyə, torpaqlarına ən yaxşı şəraitdə gəlməsini təmin etməkdir” - deyə, Herrera qeyd edib.

ABŞ-ın deportasiya uçuşları yeni deyil. ABŞ-ın Miqrasiya və Gömrük İdarəsi hər il yüzlərlə belə uçuş həyata keçirir. Lakin hərbi təyyarələrin istifadəsi yeni bir yanaşmadır, çünki əvvəlki illərdə agentlik qanunsuz olaraq ABŞ-da olan insanları deportasiya etmək üçün kommersiya və icarəyə verilmiş təyyarələrdən istifadə edirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.