Tramp DEI, COVID qovulmaları və transgender hərbçiləri hədəf alıb
Dünən, 15:18
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü orduda müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasəti proqramlarını ləğv etmək , pandemiya zamanı COVID-19 peyvəndlərindən imtina etdiyi üçün qovulmuş minlərlə hərbi qulluqşunu işə bərpa etmək və transgender hərbçiləri hədəf alan bir sıra sərəncam imzalayıb.
Tramp bu sərəncamları Mayamidən Vaşinqtona qayıdarkən imzalayıb. Trampın imzaladığı icra sərəncamlarından birində deyilir ki, doğulduğu cinsindən fərqli bir "cinsiyyət kimliyini" ifadə etmək hərbi standartlara uyğun deyil.
Sərəncam orduda "icad edilmiş" əvəzliklərin istifadəsini qadağan etsə də, hazırda orduda xidmət edən transgender əsgərlərin qalmasına icazə verilib-verilməyəcəyi və ya onların necə çıxarılacağı da daxil olmaqla, əsas suallara cavab verilməyib Trampın planları onun hərəkətlərinin qeyri-qanuni olacağını deyən müdafiə qrupları tərəfindən ciddi şəkildə tənqid edilib.
İlk prezidentlik dövründə Tramp transegnder əsgərlərə orduda xidmət etməyi qadağan edəcəyini açıqlamışdı. O, bu qadağaya tam əməl etməmişdi. Administrasiyası xidmətdə olan personalın qalmasına icazə verib, lakin onların işə qəbulunu dondurmuşdu.
Bayden 2021-ci ildə vəzifəyə gəldikdən sonra qərarı ləğv etmişdi.
Müdafiə Nazirliyinin məlumatına görə, orduda təxminən 1,3 milyon aktiv hərbi qulluqçu var. Transgender hüquqları müdafiəçiləri 15 000-ə qədər transgenderin ordu xidmətində olduğunu desə də, rəsmilər bu rəqəmin minlərlə az olduğunu deyir.
2017-ci ildə Tramp ilk qadağasını elan edərkən, hərbçilərin "qəti və məğlubedilməz qələbəyə" fokuslanmalı, transseksual heyət üzvlərinin mövcudluğu səbəbindən "böyük tibbi xərclər və fasilələrə" qapılmamalı olduqlarını demişdi.
Tramp həmçinin “Amerikanın Dəmir Qübbəsinin hazırlanması prosesinə icazə verən” sərəncam imzalayıb. Qısamənzilli hava hücumundan müdafiə sistemi “Dəmir Qübbə” ABŞ-ın dəstəyi ilə İsrailin “Rafael Advanced Defence Systems” şirkəti tərəfindən hazırlanıb və islamçı HƏMAS hərəkatı tərəfindən Qəzzadan İsrailə doğru atılan raketlərin qarşısını almaq üçün nəzərdə tutulub.
Hər bir yük maşını ilə çəkilən qurğu raketlər, minaatanlar və dronlar kimi havada qısamənzilli təhlükələri məhv etmək üçün radarla idarə olunan raketləri atəşə tutur. Sistem raketin məskunlaşan əraziyə doğru uçub-uçmadığını müəyyən edir. Əks halda, raket diqqətdən kənarda qalır və zərərsiz yerə enir.
Birləşmiş Ştatlarda bu kimi səylərin həyata keçirilməsi üçün illər lazım olacaq.