ABŞ-də neft ehtiyatları artıb

30-01-2025, 12:33           
ABŞ-də neft ehtiyatları artıb
ABŞ Energetika Nazirliyinin hesabatına görə, ölkənin kommersiya neft ehtiyatları son bir həftə ərzində 3,46 milyon barrel artaraq 415,13 milyon barrelə çatıb.
Benzin ehtiyatları da 2,96 milyon barrel artaraq 248,86 milyon barrel olub, lakin distillat ehtiyatları 4,99 milyon barrel azalaraq 123,95 milyon barrelə düşüb.

Analitiklər əvvəlcədən neft ehtiyatlarının 2,19 milyon barrel, benzinin isə 245 min barrel artacağını, distillat ehtiyatlarının isə 2,3 milyon barrel azalacağını proqnozlaşdırırdılar.

ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də Alyaska ştatında qoruq ərazilərində neft və qaz hasilatına yenidən icazə veriləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu addım Asiya bazarına neft tədarükünü gücləndirəcək.

Bu açıqlamadan sonra "ICE London" birjasında 2025-ci ilin mart ayı üçün neftin qiymətləri səudiyyəlilərə və OPEC-ə qiymətləri azaltmaq üçün təzyiq göstərmək istəyən Trampın bəyanatı fonunda eniş yaşayıb.

Bundan əvvəl isə Xorvatiya operatoru ABŞ-dən sanksiyalara məruz qalmış NIS (Serbiyanın Neft Sənayesi) ilə işləmək üçün icazə istəmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru