Fələstini dəstəkləyən tələbələrin vizaları ləğv ediləcək - Trampdan qərar

30-01-2025, 15:34           
Fələstini dəstəkləyən tələbələrin vizaları ləğv ediləcək - Trampdan qərar
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda antisemitizmlə mübarizə çərçivəsində İsrail əleyhinə keçirilən aksiyalarda iştirak edən əcnəbi tələbələrin vizasını ləğv edəcək.

TEREF Publika.az-a istinadən xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədəki paylaşımında bildirib.

"Biz yəhudilərə yönəlmiş terror təhdidləri, vandalizm və şiddət çağırışlarına qarşı sərt mübarizə aparacağıq. Etirazlara qalxan bütün əcnəbilərə səslənirəm: sizi tapacağıq və deportasiya edəcəyik. Universitetlərdə HƏMAS-ı dəstəkləyən bütün tələbələrin vizalarını ləğv edəcəm", - deyə ABŞ lideri qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru