Tramp administrasiyası federal işçi qüvvəsini azaltmaq səyləri fonunda işçilərə istefa proqramı təklif edir

Dünən, 15:37           
Tramp administrasiyası federal işçi qüvvəsini azaltmaq səyləri fonunda işçilərə istefa proqramı təklif edir
Tramp administrasiyası çərşənbə axşamı federal hökumət işçilərinə sentyabrın sonunadək vəzifələrindən istefa vermələri üçün maddi stimul təklif edən bildiriş göndərib.

İstefa proqramı administrasiyanın federal işçi qüvvəsini azaltmaq səylərinin bir hissəsidir.

2 milyona yaxın federal işçiyə göndərilən elektron məktubda deyilir ki, onlar 30 sentyabrda başa çatan hökumətin maliyyə ilinin sonuna qədər əmək haqqı bordrosunda qala bilər, bu arada isə iş yerlərindəki vəzifələri müvəqqəti olaraq azaldıla və ya ləğv edilə bilər.

Bu işçilər Trampın işçilərin tam-ştat olaraq ofislərə geri dönmələrini tələb edən əmrindən azad olunacaqlar.

İşçilərin təklifi qəbul etmək üçün fevralın 6-dək vaxtları var və onlara bunu etmək üçün həmin elektron məktuba “istefa” sözü ilə cavab verməlidirlər.

Proqramın vergi ödəyicilərinə göstərilən xidmətlərə potensial təsiri hələ ki, aydın deyil.

"Bir neçə agentlik və hətta ordunun qollarındakı işçi qüvvəsinin sayında artım gözlənilsə də, federal agentliklərin əksəriyyətində işçi qüvvəsi çox güman ki, yenidən strukturlaşmalar, yenidən uyğunlaşdırmalar və qüvvədə olan ixtisarlar vasitəsilə azalacaq,” bildirişdə deyilir.

Təklif immiqrasiya, milli təhlükəsizlik və Poçt Xidmətində çalışan insanlara şamil olunmur.

Bildirişdə həmçinin deyilir ki, “federal işçi qüvvəsi etibarlı, sadiq və gündəlik işlərində mükəmməlliyə çalışan işçilərdən ibarət olmalıdır.”

Federal işçiləri təmsil edən həmkarlar ittifaqları administrasiyanın bu addımını tənqid edib.

Təxminən 150,000 federal işçini təmsil edən Milli Xəzinədarlıq İşçiləri Birliyi üzvlərinə bildirişin "sizi istefa verməyə sövq etmək və ya qorxutmaq üçün hazırlandığını" bildirib və "biz sizi cavab olaraq istefa verməməyə çağırırıq" deyib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.