"Alibaba Cloud"un süni intellekti "DeepSeek"i üstələdi

30-01-2025, 17:48           
"Alibaba Cloud"un süni intellekti "DeepSeek"i üstələdi
Çinin "Aliyun" kimi də tanınan "Alibaba Cloud" texnologiya nəhəngi süni intellekt sahəsində yeni "Qwen2.5-Max" modelini təqdim edib. İddiaya görə, bu sistem "DeepSeek" və "Meta AI"nin "Llama" kimi qabaqcıl işləmələrini öz xüsusiyyətlərinə görə üstələyir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "WeChat"dakı rəsmi kanalda xəbər yayılıb.

"Alibaba Cloud" komandası "Qwen2.5-Max"ı "DeepSeek-V3" və "Llama-3.1-405B" modelləri ilə müqayisə edən 11 test seriyası keçirib.

Nəticələr göstərib ki, Çin şirkətinin yeni işləməsi bütün sınaqlarda rəqiblərini üstələyib və son dərəcə güclü kompleks xüsusiyyətlər nümayiş etdirib.

Xatırladaq ki, Çinin "DeepSeek" şirkəti yanvarın 20-də ABŞ-nin "OpenAI" şirkətinin "ChatGPT" versiyasından üstün olduğu iddia edilən çat-botun yeni "R1" versiyasını buraxıb. Ekspertlər qeyd ediblər ki, Çin çat-botunun tərtibatçıları "OpenAI"dən xeyli az vəsait xərcləyiblər. Bazarların "DeepSeek-R1"in meydana çıxmasına reaksiyası kəskin olub. ABŞ-nin "Nasdaq" texnologiya indeksi 3%-dən çox enib, "OpenAI" üçün bahalı çiplərlə təchiz edən "NVidia" şirkətinin səhmləri isə 16.86% aşağı düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru