İsveçdən Ukraynaya böyük yardım: Nazir açıqladı Bu gün, 12:14 İsveç Müdafiə Nazirliyi 2022-ci ildən bəri Ukraynaya ən böyük yardım paketi ayırmağa qərar verib.Söhbət 1,23 milyard dollarlıq yardım paketindən gedir.Yeni 18-ci paketin ayrılması barədə mətbuat konfransında İsveçin müdafiə naziri Pol Conson məlumat verib.Nazirin sözlərinə görə, hakimiyyət Kiyevi xüsusən də artilleriya yardımı, həmçinin pilotsuz uçuş aparatları ilə təmin etmək niyyətindədir. Facebook-da paylaş