İsrail Hizbullahın Livandakı obyektlərini hədəf alıb
Bu gün, 08:44
İsrail ordusu cümə günü bildirib ki, gecə ərzində Bekaa vadisində və Suriya-Livan sərhədində bir neçə Hizbullah hədəfinə zərbələr endirib. Ordu bildirib ki, hədəflər silahların hazırlanması üçün istifadə edilən yeraltı obyekt və Livana silah qaçaqmalçılığı ilə bağlı olan digər obyekt olub.
Cümə axşamı İsrail Hizbullahın müşahidə pilotsuz təyyarəsini ələ keçirdiyini və bunu İsrail və Livan arasında "atəşkəs razılaşmasının pozulması" adlandırıb.
Hizbullah və İsrail noyabrın sonunda atəşkəs əldə edərək, 2023-cü ildə Qəzza müharibəsi ilə başlayan ölümcül qarşıdurmaya son qoyub.
ABŞ bazar günü təsdiqləyib ki, İsrail qoşunlarının çıxarılması üçün 60 günlük müddəti ehtiva edən razılaşma fevralın 2-dək qüvvədə qalacaq.
Atəşkəsin uzadılmasından sonra İsrail Livan ərazisinə çoxsaylı zərbələr endirib, 100-dən çox adam ölüb və yaralanıb. Ən son hücum Livanın cənubundakı Majdal Selm şəhərində azı 5 nəfərin yaralanmasına səbəb olan pilotsuz təyyarə hücumu olub.