Baş nazirdən xəbərdarlıq: Bizi çətin günlər gözləyir!

1-02-2025, 11:43           
Baş nazirdən xəbərdarlıq:
ABŞ-nin Kanada mallarına gözlənilən tarifləri tətbiq etməsi kanadalıların iqtisadi vəziyyətinə mənfi təsir göstərə bilər.

Axa.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo deyib.

“Mən gizlətmək istəmirəm. Kanadalılar yaxın günlərdə və həftələrdə çətinliklərlə üzləşə bilər. Kanadaya qarşı tariflər tətbiq edilərsə, Ottava simmetrik cavab verəcək”, - deyə o bildirib.

Qeyd edək ki, yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp ölkəsinin fevralın 1-dən Meksika və Kanadadan gələn mallara 25%-lik yeni rüsumlar tətbiq edə biləcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru