Fransada siyasətçinin məzarı dağıdılıb

1-02-2025, 11:28           
Fransada siyasətçinin məzarı dağıdılıb
Fransada vandallar yanvarın 7-də vəfat edən Milli Cəbhə Partiyasının qurucusu və keçmiş lideri Jan-Mari Le Penin məzarını dağıdıblar.

Oxu.Az xəbər verir ki, bu barədə siyasətçinin nəvəsi, Avropa Parlamentinin üzvü Marion Mareşal "X" sosial şəbəkəsində məlumat verib.

"Bəlkə, ürəyimizi qırmaq, bizi qorxutmaq və uzaqlaşdırmaq istəyirsiniz? Amma bizim cavabımız həmişə, nəsildən-nəslə, sizinlə daha sərt mübarizə aparmaq olacaq" , - o yazıb.

Yazıya əlavə edilən fotoda məzarın üzərindəki xaçın sındırıldığı, mərhum siyasətçinin adı yazılmış lövhənin isə zədələndiyi görünür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru