Gürcüstan parlamenti Saakaşvilinin hakimiyyət dövrünü araşdıracaq komissiya yaradıb

6-02-2025, 16:14           
Gürcüstan parlamenti Saakaşvilinin hakimiyyət dövrünü araşdıracaq komissiya yaradıb
Gürcüstan parlamenti 2003-2012-ci illərdəki hakimiyyətin fəaliyyətini araşdıracaq komissiya yaradıb.

İndex.az xəbər verir ki, 83 deputat bu təşəbbüsə dəstək verib.

Komissiya üç ay ərzində “Milli Hərəkat” dövrü ilə bağlı siyasi və hüquqi qiymətləndirmə aparacaq. Əgər bu müddət yetərli olmazsa, fəaliyyət müddəti altı aya qədər uzadılacaq.

Bu addımın Gürcüstanda keçmiş hakimiyyət dövrünə dair şəffaflıq yaradacağı və gələcəkdə ölkənin siyasi inkişafına dəstək verəcəyi bildirilir.

Qeyd edək ki, sözügedən dövrdə Gürcüstana hazırda həbsdə olan Mixeil Saakaşvili rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru