Konqresdəki Demokratlar Trampa: Dəyişikliklər gizli şəkildə aparıla bilməz
Bu gün, 15:18
Konqresin Demokrat rəhbərliyi çərşənbə axşamı Prezident Donald Trampa xəbərdarlıq edib ki, onlar administrasiyanın ABŞ-ın hökumət idarələrindəki dəyişikliklərinə qaşı mübarizə aparmaq üçün qarşıdan gələn büdcə danışıqlarından rıçaq kimi istifadə edəcək.
Demokratların xəbərdarlığı İlon Maskın başçılıq etdiyi Hökumətin Səmərəliyi Departamenti (DOGE) bu həftənin əvvəlində ABŞ-ın Beynəlxalq İnkişaf Agenliyini (USAID) ABŞ Dövlət Departamentinin nəzarətinə verdiyi bir vaxta təsadüf edib. Administrasiya bildirib ki, onlar USAID-in xarici yardım fəaliyyətini “Amerika Birinci gündəliyinə uyğun olmasını təmin etmək” üçün nəzərdən keçirir.
“DOGE-ın etdiyi demokratiya deyil,” Senatın azlıq lideri Çak Şumer çərşənbə axşamı müxbirlərə deyib. “Biz demokratiyanın nəyə bənzədiyini bildirik. Bu açıq-aydındır. Bu, sirr deyil.”
Demokratlar yeni büdcə layihəsi üzərində səs verməkdən imtina etməklə ABŞ hökumətində baş verən son dəyişikliklərə müqavimət göstərə bilərlər. Hökuməti maliyyələşdirən qısa-müddətli müvəqqəti büdcə layihəsi martın 14-də başa çatır.
Bazar ertəsi Konqresdəki Demokratlar USAID-in bağlı ofisi qarşısında etiraz aksiyası keçirərək, Tramp administrasiyasının səlahiyyətini aşdığını deyiblər.
“Agentliyi dəyişmək istəyirsinizsə, qanun layihəsi təqdim edin və qanun qəbul edin,” Demokrat Senator Brayan Şatz deyib. “Sevmədiyiniz və ya razılaşmadığınız bir agentliyi sərəncamla, və ya sözün əsl mənasında binasına daxil olub, serverlərini ələ keçirməkə ləğv edə bilməzsiniz. Amerikanın hökumət sistemi belə işləmir,” o əlavə edib.
USAID ABŞ-ın xarici yardım proqramlarındakı on milyardlarla dolları idarə edir.
“Konstitusiyada tələb olunur ki, maliyyə prezident və adminsitrasiya tərəfindən xərclənsin,” Nümayəndələr Palatasında Demokratların lideri Hakim Ceffris çərşənbə axşamı bildirib. “Konstitusiyada tələb olunur ki, prezident qanunların vicdanla icra olunmasını təmin etməkdən məsuliyyət daşısın. Təxsisetmə prosesi vasitəsilə qəbul edilən büdcə razılaşmaları qanundur və bu qanunlar pozulduqda Konstitusiya pozulur, buna görə də bir sıra ədalətli məhkəmə çəkişmələri yaranıb,” o bildirib.
Konqresdə Respublikaçılar ABŞ-ın yardım sistemindən fırıldaqçılıq və sui-istifadə hallarını aradan qaldırmaq cəhdlərinə dəstəklərini ifadə ediblər.
“Düşünmürəm ki, onlar agentliyi balayırlar, amma düşünürəm ki, onların maliyyə yardımını və bu qərarların necə verildiyini və hansı prioritlərin maliyyələşdirildiyini nəzərdən keçirməyə haqları var,” Senatın çoxluq lideri Con Tun çərşənbə axşamı müxbirlərə deyib. “Məncə, bu, yəqin ki, istənilən administrasiyaya aiddir. Onlar gələndə, o agentlik vasitəsilə təsdiqlənən və maliyyələşdirilən çoxlu proqramlar olur ki, məncə onların bəziləri nəzərdə tutulduğu kimi işləyir, bəziləri isə yox.”
Ağ Ev müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) təşəbbüslərini dəstəkləyən USAID tərəfindən maliyyələşdirilən layihələri və digər səyləri, vergi ödəyicilərinin vəsaitlərinin israfı olduğunu iddia edərək, tənqid edib.
“Əgər kütləvi fırıldaqçılıq varsa, vəsait Konqresin təyin etdiyi və prezidentin imzaladığı yerə yönəldilməyibsə, o zaman biz bu barədə bilməliyik,” Senatın Silahlı Qüvvələrinin sədri Rocer Uiker bazar ertəsi Amerikanın CNN və CBS xəbər şəbəkələrinə deyib.
“Mən uzun müddətdir ki, USAID-in Çinin Afrika, Cənubi Amerika və Qərb yarımkürəsi də daxil olmaqla bütün dünyada nüfuz əldə etmək səyi olan “Kəmər və Yol” təşəbbüsü ilə mübarizə yolumuz olduğunu düşünürdüm,” Uiker əlavə edib. “Beləliklə, bizim Çinin səylərinə uyğun bir yardım proqramına ehtiyacımız var, ancaq bu, ABŞ siyasətçilərinin qərar verdikləri şəkildə edilməlidir.”
Şumer çərşənbə axşamı fırıldaqçılıq və sui-istifadə hallarının aradan qaldırılması səylərini dəstəklədiyini bildirib, amma prosesin sürətini və gizliliyi tənqid edib