Fransada narkotik aludəçilərinin məktəb avtobuslarını idarə etdikləri məlum oldu

6-02-2025, 11:28           
Fransada narkotik aludəçilərinin məktəb avtobuslarını idarə etdikləri məlum oldu
Fransada məktəb avtobusu sürücülərinin narkotik və alkoqol istifadəsinə dair geniş yoxlamalar zamanı 40-dan çox narkotikdən istifadə faktı aşkar edilib.

TASS xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Fransua Buffet məlumat verib.

"Nəqliyyat naziri Filipp Tabaro və hüquq-mühafizə qüvvələrimizlə birlikdə məktəb avtobusu sürücülərinin yoxlanılması üçün əməliyyat keçirdik. İki gün ərzində 8 min nəfər üzərində aparılan testdən sonra onlardan 44-ünün narkotik, 5-nin isə spirtli içki qəbul etdiyi aşkarlanıb", - o "X" hesabında yazıb.

Xatırladaq ki, yoxlamalar yanvarın 30-da 15 yaşlı şagirdin ölümü və 24 həmyaşıdının yaralanması ilə nəticələnən məktəb avtobusu qəzasından sonra başlayıb. Kənd şosesi ilə hərəkət edən avtobus sürüşərək xəndəyə düşüb və böyrü üstə aşıb. İlkin məlumata görə, qəzanın günahkarı qanında kanabis izləri aşkar edilən sürücüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru