Rusiyanın beynəlxalq ehtiyatları 6 milyard dollar artıb
14-02-2025, 12:34
Bu ilin fevralın 7-nə Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 6,1 milyard dollar artaraq 626,9 milyard dollar təşkil edib. Bu barədə Rusiya Bankının məlumatında deyilir.
Bildirilib ki, yanvarın 31-nə ehtiyatların həcmi 620,8 milyard dollar təşkil edib.
Qeyd edək ki, beynəlxalq ehtiyatlar xarici valyuta fondlarından, xüsusi borc almaq hüququndan, BVF-də ehtiyat mövqeyindən və monetar qızıldan ibarətdir.