Papanın səhhəti ilə bağlı Vatikandan açıqlama

18-02-2025, 11:14           
Papanın səhhəti ilə bağlı Vatikandan açıqlama
Cümə günündən bəri xəstəxanada olan Papa Fransiskin klinik vəziyyəti mürəkkəbdir və o, xəstəxanada müalicəsini davam etdirir.

"Unikal" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Analizlərin nəticələrinə görə, polimikrob tənəffüs yolları infeksiyası aşkarlanıb ki, bu da terapiyanın əlavə modifikasiyasına səbəb olub. Bu günə qədər aparılan bütün tədqiqatlar adekvat stasionar müalicə tələb edən mürəkkəb klinik mənzərədən xəbər verir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Papanın iştirakı ilə keçirilən tədbirlər bazar ertəsinə qədər ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru