Əsəd: “Ər-Riyad İranla münasibətlərin pozulması müqabilində Suriyaya yardım vəd etmişdi”

14-10-2016, 10:01           

Suriya prezidenti Bəşər Əsəd Səudiyyə Ərəbistanının Dəməşqin İranla münasibətləri pozacağı təqdirdə ona dəstək vəd etdiyini bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Bəşər Əsəd “Komsomolskaya pravda”ya müsahibəsində bildirib.

“Onlar dedilər ki, əgər biz İrandan üz çevirsək, Tehranla hər hansı münasibətlərdən imtina etsək, bizə kömək edəcəklər. Onlar bunu çox sadə və birbaşa dedilər”.

Əsədin sözlərinə görə, bu təklif ona Suriyada münaqişə başladıqdan sonra edilib.

“Təkliflər böhrandan sonra edilməyə başlayıb. Çünki düşmənlərimiz böhrandan şantaj üçün istifadə etmək istəyirdilər. Dedilər ki, onların istədiyini etsək, bizə kömək edəcəklər”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru