“Dünya çox dəyişib, cəzasızlıq və gözlənilməzlik hissi var”- BMT-nin yeni baş katibi

14-10-2016, 11:54           
“Dünya çox dəyişib, cəzasızlıq və gözlənilməzlik hissi var”- BMT-nin yeni baş katibi
“Beynəlxalq ictimaiyyət münaqişələrin qarşısının alınması və həlli üzrə rıçaqların böyük hissəsini itirib. Buna görə də mənim prioritetim sülhün möhkəmləndirilməsi üçün diplomatik fəaliyyətinin genişləndirilməsi olacaq”.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda BMT-nin yeni təyin olunmuş baş katibi Antonio Qutyerriş deyib.
O qeyd edib ki, çox şeyin BMT-yə üzv dövlətlərdən asılı olduğunu, baş katibin imkanlarının məhdud olduğunu başa düşür: “Bununla belə, mənə elə gəlir ki, sadəcə, vasitəçi olmayıb sülh prosesini fəal təşviq etməklə məsələyə daha çox dövlətin diqqətini çəkmək olar”-, deyə o bildirib. Baş katib bildrib ki, münaqişələrin mövcudluğu ən çox qaçqınların və köçkünlərin əzab çəkməsinə səbəb olur.
Qeyd edək ki, oktyabrın 13-də BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında səsvermə keçirmədən təşkilatın keçmiş Qaçqınlarla iş üzrə Ali Komissarı Antonio Qutyerrişi 2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək BMT baş katibi seçib. O, bu postda Pan Gi Munu əvəzləyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru