Fon der Lyayen: “Bu, tarixdə dönüş nöqtəsidir, Avropa təhlükə altındadır”

7-03-2025, 10:38           
Fon der Lyayen:
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, Avropa təhlükəsizlik sammiti qitə üçün dönüş nöqtəsində toplanıb və müdafiə qabiliyyətini artırmaq və Ukraynanı gücləndirmək üçün qərarlar qəbul etməlidir.

Bu barədə Eurointegration yazır.

"Fövqəladə dövrlər xüsusi tədbirlər tələb edir. Bu, Avropa və bizim Avropa ailəmizin bir hissəsi olan Ukrayna üçün dönüş nöqtəsidir. Avropa açıq-aşkar təhlükə ilə üz-üzədir. Buna görə də, Avropa özünü müdafiə edə bilməli, həmçinin Ukraynanın da müdafiəsini təmin edərək ədalətli və davamlı sülhü irəlilətməlidir", - Fon der Lyayen deyib.

O əlavə edib ki, Avropa güc yolu ilə sülhə nail olmaq istəyir və bu məqsədlə liderlərə "ReArm Europe” planını təqdim edəcək. Bu plan Avropanın müdafiəsinə 800 milyard avro həcmində investisiyalar yatırmağı nəzərdə tutur.

Bu plan Avropa ölkələrinin öz müdafiə sənayesinə böyük investisiyalar yatırmasına, Ukraynada silah istehsalının təşkilinə və Kiyevə silah tədarükünün gücləndirilməsinə imkan verəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.