ABŞ-ın daxili təhlükəsizlik naziri ICE-ın rəhbərliyini dəyişib
Dünən, 16:24

ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizə Xidməti (ICE) Prezident Donald Trampın ABŞ-da sənədsiz immiqrantları hədəf alan kütləvi deportasiya əməliyyatı həyata keçirmək məqsədinə çatmaqda çətinlik çəkdiyi bir vaxtda ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem bazar günü agentliyə yeni rəhbər təyin edib.
Reutersin ötən ay ABŞ-ın Daxili Təhlükəsilik Departamentinin məlumatına istinadən verdiyi xəbərə görə, Tramp administrasiyası vəzifədəki ilk ayında 37 600 nəfəri deportasiya edib. Bu da, Co Bayden administrasiyası zamanı ABŞ-dan çıxarılıb və ölkələrinə qaytarılan ayda orta hesabla 57 min nəfərdən azdır.
Trampın milyonlarla insanı Birləmiş Ştatlardan deportasiya etmək vədi onun seçki kampaniyasının mərkəzi hissəsi idi. ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin müvəqqəti direktoru Keyleb Vitello ötən ay gözləntiləri doğrultmadığına görə vəzifəsindən uzaqlaşdırılmışdı.
Noem bildirib ki, o, ICE-ın müvəqqəti icraçı direktoru Todd Lyonsu idarənin müvəqqəti direktoru, Luizina Meşə və Balıqçılıq Departamentinin katibi Medison Şihanı direktor müavini vəzifəsinə təyin edir.
“Mən Prezident Tramp və Amerika xalqının haqlı bir şəkildə tələb etdiyi nəticələri vermək üçün ICE-a yeni rəhbərlik təyin edirəm,” Noem açıqlamada bildirib və əlavə edib ki, Lyons və Şihan “Amerika xalqının qanunsuz əcnəbiləri hədəf alıb, həbs və deportasiya etmək mandatını həyata keçirmək üçün ICE-da kişi və qadınlara rəhbərlik edəcək.”