Tayvanda qasırğa nəticəsində onlarla insan xəsarət alıb VİDEO

Bu gün, 16:24           
Tayvanda qasırğa nəticəsində onlarla insan xəsarət alıb  VİDEO
Tayvanı bürüyən "Podıl" qasırğası nəticəsində 33 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb.

Bu barədə adanın Fövqəladə Halların İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, ən çox zərərçəkən Taydun və Qaosyun şəhərlərində qeydə alınıb - hər birində 13 nəfər. İtkin düşən şəxs isə dənizdə olan balıqçıdır. Onun axtarışları güclü yağış və güclü külək səbəbilə çətinləşib.

Mərkəz qeyd edib ki, qasırğa elektrik enerjisinin kəsilməsinə səbəb olub. İlkin məlumata görə, 130 mindən çox ev işıqsız qalıb. Hazırda 76 min evə elektrik enerjisinin verilişi bərpa olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru