Obamadan şikayətləndi

13-03-2025, 09:38           
Obamadan şikayətləndi
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama ərindən şikayətlənib.

“Qafqazinfo” “Newsweek” jurnalına istinadən xəbər verir ki, Mişel həyat yoldaşının daim hər yerə gecikdiyini bildirib:

“Daim gecikmək Barak Obamanın ən pis vərdişlərindən biridir”.

“Mənim bir ərim var ki, getmə vaxtı olanda qəflətən qalxıb tualetə gedir! Ona deyirəm:

“Əgər üçdə çıxırıq deyiriksə, bu o deməkdir ki, sən artıq hər şeyi etmisən, bilirsənmi? Çıxmalı olduğumuz anda eynəyini axtarmağa başlama!”, - ABŞ-nin keçmiş birinci xanımı ərini zarafatla danlayıb.

Qeyd edək ki, 1992-ci ildə ailə quran cütlüyün Malia və Saşa adlı iki qızı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru