Aİ Ukraynaya hərbi yardım üçün işçi qrupu yaradacaq
19-03-2025, 09:34
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı ( Aİ ) Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün işçi qrupu yaradacaq.
Bu barədə RİA Novosti məlumat verir.
O bildirib ki, Ukraynanın Avropa müdafiə avadanlıqları bazarına inteqrasiyasını sürətləndirmək lazımdır.