Almaniya qayıdır!

19-03-2025, 12:14           
Almaniya qayıdır!
Bu gün, Almaniyanın qlobal siyasətə qayıdışı günü kimi tarixə düşəcək.
Gələcək kansler Mertsin təşəbbüsü ilə Almaniyanın müdafə xərclərini məhdudlaşdıran limitlər ləğv olundu. 734 deputatdan 520 nəfər lehinə səs verdi. Məhdudiyyətlərin ləğvi üçün 489 səs lazım idi. Merts Almaniyanın müdafiə xərclərinin artırılması üçün 500 milyard avroluq infrastruktur fondu yaratmaq niyyətindədir.
P.S. 1949-cu ildən sonra ümumilikdə Almaniyanın müdafiə xərcləri ÜDM-in 1-1,5%-i səviyyəsində saxlanılırdı. Bu məhdudiyyət qaldırılandan sonra NATO-nun tələbləri fonunda müdafiə xərclərinin ÜDM-in 2%-i səviyyəsinə çatdırılmasını hədəfləyir. Bundan başqa hazırda Bundeswehr-də təxminən 180,000 hərbçi xidmət edir və şəxsi heyətin sayının artırılması planlaşdırılır. Mövcud hədəf 203.000 olsa da, NATO-nun tələblərinə uyğun olaraq bu sayın 230.000-ə çatdırılması müzakirə olunur.
Kamran Cəfərov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru