Tomas Bax BOK-un ömürlük fəxri prezidenti olacaq

20-03-2025, 15:36           
Tomas Bax BOK-un ömürlük fəxri prezidenti olacaq
Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra ömürlük fəxri prezident statusu alacaq. Bu qərar BOK-un Yunanıstanda keçirilən 144-cü sessiyasında qəbul edilib.

TASS-ın verdiyi məlumata görə, BOK-da prezident seçkisi 20 martda keçiriləcək və yeni sədr 24 iyunda Baxın yerinə keçəcək.

Bax 71 yaşındadır və 2013-cü ildə BOK prezidenti seçilərək səkkiz illik səlahiyyət müddətinə başlayıb. 2021-ci ildə isə o, dörd illik müddətə yenidən seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru