Böyük Britaniyada hərracda ideal yumurta satıldı

20-03-2025, 16:38           
Böyük Britaniyada hərracda ideal yumurta satıldı
Böyük Britaniyada hərracda ideal şəkildə yumru olan yumurta 420 funt sterlinqə (900 manat) satılıb.

"New York Post" xəbər verir ki, Milad bayramı ərəfəsində Fenton fermasında toyuq nadir yumurta yumurtlayıb.

Ferma işçisi Alison Qrin onun satışından əldə edilən gəliri cinsi təcavüz və zorakılıq qurbanlarına dəstək fonduna yönəldib.

Qız üç ilə yaxındır ki, fermada işləyir və bütün bu illər ərzində heç vaxt belə mükəmməl sferik yumurta görməyib. Yumurtanın qabığını qorumaq üçün hərracdan əvvəl onu duza qoyublar.

Qrin güman edirdi ki, alıcı yumurtanı yemək üçün deyil, nadir olduğu üçün 420 yox, təxminən 10 funt sterlinqə (22 manat) alar. Qeyd olunub ki, belə yumurtalar çox nadirdir və toyuq ildə cəmi bir neçə dəfə belə yumurta verə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru