40 milyon avro dəyərində Rusiya nefti daşıyan tanker Almaniyada müsadirə edilib

22-03-2025, 12:14           
40 milyon avro dəyərində Rusiya nefti daşıyan tanker Almaniyada müsadirə edilib
Almaniya hökuməti yanvarın ortalarından Rügen adasının sahillərində lövbər salmış Panama bayrağı altında üzən “Eventin” tankerini həbs edib.

Bu barədə “RBK-Ukrayna” xəbər verir.

Qeyd olunur ki, Baş Gömrük İdarəsinin müsadirə qərarı nəticəsində köhnə tanker və təxminən 40 milyon avro dəyərində olan 100 min tona yaxın xam neft hazırda Almaniyanın mülkiyyətinə keçir.

Müvafiq göstəriş verildikdən sonra “Eventin”in adı dəyişdiriləcək.

Yanvarın ortalarında “Eventin” manevr edə bilmədiyi üçün Rügen adasından şimala doğru sürüklənirdi. Neft sızması təhlükəsinin yüksək olması ilə əlaqədar tanker yedəyə alınıb və Sahil Mühafizəsi və federal polis tərəfindən gecə-gündüz mühafizə olunub. Fevralın sonundan etibarən gəmi Aİ tərəfindən Rusiyanın kölgə donanmasının bir hissəsi kimi siyahıya salınıb.

Bundan əvvəl Almaniyanın müxtəlif nazirlikləri arasında Rusiyanın Ust-Luqa limanından Baltik dənizi vasitəsilə Misirə üzən tankerlə nə ediləcəyi ilə bağlı gərgin müzakirələr getmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru