Fransa və İtaliya Ukraynaya 5 milyard avro yardımı bloklayıb

22-03-2025, 12:24           
Fransa və İtaliya Ukraynaya 5 milyard avro yardımı bloklayıb
Fransa və İtaliya Ukraynaya beş milyard avro həcmində yardımı bloklayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Blumberq” Avropa diplomatlarına istinadən məlumat yayıb.

Agentliyin mənbələri bildiriblər ki, martın 20-də Brüsseldə toplaşan 27 AB ölkəsinin əksəriyyəti Kiyevə hərbi yardım ayırmaq təşəbbüsünü dəstəkləsə də, Fransa və İtaliya qərarı gecikdirməkdə maraqlı görünür.

İtaliyalı diplomatların sözlərinə görə, Roma daha çox texniki və maliyyə detalları tələb edir və hesab edir ki, təşəbbüs hələ də işlənib hazırlanma mərhələsindədir. Fransız diplomatlar isə bildiriblər ki, onlar bu təşəbbüsün məqsədlərini bölüşsələr də, prioritetlərinin G7 qrupu çərçivəsində Kiyevə ayrılan 18 milyard dollarlıq kreditin reallaşdırılması olduğunu düşünürlər.

Agentliyin Moskvadakı mənbələrinin sözlərinə görə, Rusiya Kiyevə bütün silah tədarükünün tamamilə dayandırılmasını istəyir, lakin minimal hədəf olaraq ABŞ-nin Ukraynaya yardımı dayandırmasını qəbul edə bilər. Bununla yanaşı, Avropa rəsmiləri Brüsselin istənilən sülh sazişi çərçivəsində Kiyevə silah tədarükünü dayandırmaq tələbi ilə razılaşmaqda çətinlik çəkəcəyini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru