Trampın gəlini onun ideyalarını soruşdu: Müşavir cavabladı
24-03-2025, 08:44

“ABŞ Prezidenti Donald Trampın Qəzzada fələstinliləri zorla köçürmək planı çox praktik ideyadır”.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts "Fox News"-a belə deyib.
ABŞ Prezidentinin gəlini və “Fox News”-un aparıcısı Lara Trampa açıqlamasında Uolts deyib:
“Trampın Qəzzada fələstinliləri zorla köçürmək planı çox praktik ideyadır.
O, Qəzzadakı dağıntılara və ölümə baxır. Bir inşaatçı kimi onu təmizləmək üçün illər lazım olacağını bilir. O, çox praktik bir sual verir ki, bütün bu dağıntılar arasında iki milyon insan 10 il necə yaşayacaq?”
Mayk Uolts fələstinlilərin fürsət verildiyi təqdirdə, Qəzzanı tərk etməyi düşünə biləcəyini təklif edib:
“Prezident Trampın dediyi kimi, kim ailəsini başqa yerə köçürmək və özünə layiqli bir mənzil və yaşamaq üçün yer tapmaq fürsətindən istifadə etməz ki?”
Qeyd edək ki, Fələstin tərəfi Trampın təklifini rədd edərək planı etnik təmizləmə kimi qiymətləndirib və öz torpaqlarında qalmaq istədiklərini bildirib. Ərəb ölkələri də bu təklifə qarşı çıxıb və fələstinliləri yerindən tərpətmədən Qəzzanın yenidən qurulmasına zidd təklif təqdim ediblər.