Hillari Klintondan Trampa: "Məni narahat edən ikiüzlülük deyil, axmaqlıqdır"

29-03-2025, 15:44           
Hillari Klintondan Trampa: "Məni narahat edən ikiüzlülük deyil, axmaqlıqdır"
ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Yəməndə hərbi əməliyyatları müzakirə edən yüksək rütbəli ABŞ rəsmiləri arasında elektron məktubların sızmasını pisləyib.

O, öz fikrini “The New York Times” qəzetinə yazdığı məqalədə bölüşüb.

Klinton vurğulayıb ki, məxfi məlumatlarla işləməkdə səhlənkarlıq təkcə ikiüzlülük deyil, həm də Amerika hərbçilərinin təhlükəsizliyini birbaşa təhdid edir. O, Ağ Ev administrasiyasının məxfi məlumatların qorunmasına laqeyd münasibətindən təəccübləndiyini bildirib.

"Məni narahat edən ikiüzlülük deyil, axmaqlıqdır. Prezident Tramp və komandasının məxfi məlumatları qorumaqla əslində maraqlanmaması hamımızı şoka salır", - Klinton vurğulayıb.

Qeyd edək ki, bu həftə məlum olub ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli üzvləri Yəməndə gözlənilən hərbi əməliyyatın təfərrüatlarını təsadüfən şəxsi Signal messencer qrupunda sızdırıblar. "Atlantic"in baş redaktoru Cefri Qoldberq səhvən söhbətə əlavə edilib və məxfi məlumatların müzakirəsinin şahidi olub. Hadisə Konqresin tənqidinə səbəb olub və rəsmi araşdırma obyektinə çevrilib. Ağ Ev mesajların həqiqiliyini təsdiqləyib, lakin milli təhlükəsizliyə heç bir təhlükə olmadığını bildirib. \\Redaktor.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru