Moldova üç rusiyalı diplomatı arzuolunmaz şəxs elan etdi
Dünən, 00:10

Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfirliyinin üç əməkdaşını personae non-qrata (arzuolunmaz şəxs) elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə bazar ertəsi Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiyalı işçilər "diplomat statusuna zidd” hərəkətlərdə ittiham olunublar. Nazirliyin rəsmi "Telegram" kanalında dərc olunan respublika Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Xarici İşlər Nazirliyi rus diplomatına Rusiya səfirliyinin üç əməkdaşının persona non-qrata elan edilməsi ilə bağlı nota göndərib".
Bazar ertəsi "Moldova 1" xəbər verib ki, Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Musteata Rusiyanın Moldovadakı səfirliyini "Pobeda” blokunun deputatı Aleksandr Nesterovskiyə ədalətdən gizlənməkdə kömək etməkdə ittiham edib. Xüsusi xidmət nümayəndəsinin sözlərinə görə, deputat hökm elan edilməzdən bir gün əvvəl diplomatik nömrəli avtomobillə Dnestryanıya aparılıb. Rusiyanın Kişinyovdakı səfirliyi bu bəyanatları "əsassız və qəbuledilməz” adlandırıb.
Aleksandr Nesterovski 2024-cü ilin aprelindən "Qələbə” koalisiyasının tərkibində olan Moldovanın müxalif "İntibah” partiyasının liderlərindən biridir. Koalisiyanın tərəfdarları Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın və əlaqələrin inkişafının tərəfdarıdır. 2023-cü ilin sentyabrında parlament prokurorluğun tələbi ilə Aleksandr Nesterovskini deputat toxunulmazlığından məhrum edib və Kişinyov məhkəməsi onun həbsinə qərar verib.
"Vozrojdenie” partiyası bu qərarı Aleksandr Nesterovskini yerli seçki yarışından "nokauta salmaq” cəhdi kimi qiymətləndirib. Mart ayında Kişinyov məhkəməsi deputatı 12 il müddətinə azadlıqdan məhrum edib. O, korrupsiyada və mütəşəkkil cinayətkar qrupdan siyasi partiyanı maliyyələşdirmək üçün vəsait almaqda ittiham olunurdu.